Tanınmış müğənnidən şad xəbər

Müğənni Xəyyam Nisanov ata olmağa hazırlaşır.

ONN media bildirir ki, sənətçi bu haqda "Xəzər maqazin"ə açıqlamasında deyib. O bildirib ki, övladı yayda dünyaya gələcək:

"Mənim üçün çox sevindirici haldır. Hər bir insan kimi mən də evlənəndən sonra uşağım olsun istədim. Yay ərəfəsində sizləri sevindirəcəm.

Uşağın qız və ya oğlan olmasını hamı soruşur. Bu haqda danışmağı sevmirəm, heç özüm də cinsini bilmirəm. Bir övladla iş bitməyəcək. Mən dörd övlad istəyirəm".

Qeyd edək ki, Xəyyam ötən ilin mayında Nərmin adlı xanımla ailə qurub.