Tanınmış pop qrupunun yaradıcısı itkin düşdü

Rusiyanın məşhur “Cream Soda” estrada qrupunun həmtəsisçisi Dmitri Svirqunov Yaroslavl yaxınlığında itkin düşüb.

ONN media xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

Svirqunov və kiçik qardaşı Dievo-Qorodişe kəndi yaxınlığında Volqa çayı ilə gəzdikdən sonra yoxa çıxıblar. Digər insanlar da onlarla birlikdə buz üzərində olublar. Onlar xilasedicilərə çayı keçməyin onların dostluq ənənəsi olduğunu bildiriblər.

Geri qayıdarkən buz bütün qrup üzvlərinə tab gətirə bilməyib, onlardan beşi suya düşüb. Bir nəfər ölüb, üç nəfər itkin düşüb. Xilasedicilər itkin düşənlərdən birinin cəsədini tapmağa müvəffəq olsalar da, onun şəxsiyyəti hələ müəyyən edilməyib