Tarkan həyat yoldaşından ayrılıb?

Bu yaxınlarda qız atası olan meqa ulduz Tarkan həyat yoldaşını tərk edib.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarkan həyat yoldaşı Pınar Tevetoğlunun qısqanclıqlarına dözməyərək evi tərk edib. Bu xəbərləri inkar edən Tarakan xanımı ilə xoşbəxt olduğunu bildirib.

“Qızımızla birlikdə Almaniyadakı evimizdə xoşbəxtik, heç bir problem yoxdur”, – deyə müğənni bildirib.

Lakin iddialara görə, cütlüyün münasibətləri 3 ay əvvəl pozulmağa başlayıb. Onların ayrı-ayrı evlərdə qaldığı iddia olunur.