Tatlısəsi ağladan müğənnimiz: 7 qurban demişdim… – Video

Müğənni Zenfira İbrahimova və tarzən Humay Qədimova "Show TV"də yayımlanan “Seda Sayan'la” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, bir neçə gün əvvəl İbrahim Tatlısəslə görüşən və mahnısı ilə onu ağlatan sənətçinin videosu sosial şəbəkədə müzakirə olunub. Proqramda da sözügedən görüntülər müzakirə edilib.

Zenfira Tatlısəs fanatı olduğunu bildirib və görüşlərindən danışıb:

“İbrahim Tatlısesin ilk dinlədiyim mahnısı “İnsanlar” olub. 25 ildir ki, onunla görüşmək arzusunda idim. Hər zaman İstanbula gəlib-gedirdim. Heç vaxt görə bilmirdim. Qohumum Ömər vasitəsi ilə onunla görüşdüm. İzmirə getdim, bir gün gözlədim. İbrahim bəy İstanbulda idi. Ağlayaraq ona baxdım. Pəncərənin o biri tərəfindən məni gördü.

Mənimlə görüşdü, yanında oturdum. Oğluma onun adını qoymuşam. Yeddi qurban demişdim, birini onun icazəsi ilə orada kəsdim. Allah qəbul etsin. Tatlısəs də dedi ki, bu qurbanın ciyərini özüm yeyəcəm”.

Z. İbrahimova proqramda mahnılar səsləndirib.