Türk sənət dünyasının imperatoru İbrahim Tatlısəs Azərbaycana dəstək olub.
ONN media xəbər verir ki, ustad sənətçi sosial media hesabında öz ifası fonunda Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı videonu paylaşıb.
Tatlısəs paylaşımına “İki millət, tək dövlət. Türk milləti olaraq hər zaman yanındayıq, Azərbaycan!” şərhini yazaraq Azərbaycana dəstəyini bildirib.