ONN İnformasiya Agentliyi

Türkiyəli məşhur Murad Arifin üç milyonluq hitinə klip çəkdirir

Türkiyəli məşhur Murad Arifin üç milyonluq hitinə klip çəkdirir
23 İyul 2018 - 18:15

Türkiyəli ifaçı Ziynet Sali Murad Arifin “Youtube”da üç milyondan çox baxış sayı yığan “Gedək oppalara” adlı hitini oxuyacaq.

ONN media xəbər verir ki, sənətçi bu barədə “Instagram Story”də məlumat verib.

Belə ki, klip çəkilişində olduğunu bildirən müğənni mahnının “Hadi hoppalara” adlandığını qeyd edib.

Mahnının ilk ifaçısı Murad Arif də məsələni təsdiqləyib:

“Bəli. Türkiyə ulduzlarından sevgili Ziynet Sali ilə ikinci işbirliyimizdir. Mahnının nəqarəti bir ərəb cinqlı, keçidlərdə musiqini mən yazmışam. Sözlərini isə Sinan Akçıl və mən”.

Qeyd edək ki, Sali bundan öncə də Murad Arifin “İstanbul” mahnısını ifa etmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png