Uill Smitdən gözlənilən addım atıldı

Amerikalı aktyor Uill Smit komediya ustası Kris Rokdan Oskar mərasimində ona şillə vurduğuna görə üzr istəyərək davranışının qəbuledilməz olduğunu etiraf edib.

ONN media xəbər verir ki, bu barədə aktyor İnstaqram hesabında altı dəqiqəlik video paylaşıb.

Xatırladaq ki, komediya ustası Kris Rokun 94-cü Oskar mükafatlandırma mərasimində Uill Smitin xanımı ilə bağlı yersiz zarafatı aktyoru qəzəbləndirmiş, səhnəyə çıxaraq ona şillə vurmuşdu.