Uzun müddətdir təhdid edilirəm- Hadisə

Türkiyəli məşhur müğənni Hadisə təhdid və şantaja məruz qaldığını açıqlayıb.

ONN media xəbər verir ki, ifaçı bu barədə özünün İnstaqram səhifəsində yazıb.

“İl yardımdır, bir qrupun təqib və təhdidlərinə məruz qalıram. Bu insanlar neçə dəfə hamilə olduğumu, abort etdirdiyimi iddia ediblər. Ötən gün göz həkimindən çıxırdım, yenə abort etdirdiyimi deyirlər. Bu insanların fikrincə, məşuqə olmuşam. Mən bu təcavüzün qarşısını almaq üçün mübarizə aparacağam”, – deyən sənətçi bütün qadınlara belə məsələlərdə susmamağı tövsiyə edib.