Vasifdən papaq atanlara İRAD – “Qeyrətini ayaq altına atma”

Əməkdar artist Vasif Məhərrəmli “Səhər-səhər” verilişinin qonağı olub. 
ONN media xəbər verir ki, müğənni Novruz bayramının papaqatma adətinə etirazını bildirib. O deyib ki, bu ənənə yığışdırılmalıdır:
“Papaq atmağı sevmirəm. Papaq əzəldən Azərbaycan kişisinin qeyrət rəmzidir. Onu ayaq altına atmazlar. Torba, lap pencəyini at”.