Xalq artisti bu tarixdə PULSUZ konsert verəcək

Azərbaycan Respublikasının Xalq artisti, populyar estrada müğənnisi Faiq Ağayevin solo konserti olacaq.

ONN media xəbər verir ki, bu haqda müğənni öz “Instagram” hesabında məlumat verib.

“Cənab qızıl şlyager” öz paylaşımına “Avqustun 24-də Heydər Əliyev Mərkəzinin parkında solo konsertim keçiriləcək. Dəvətlisiniz, dostlar!” fikirlərini əlavə edib. Bu dəfə Faiq Ağayevin pərəstişkarları konsertdə iştirak etmək üçün pul ödəməyəcəklər. Belə ki, nəzərdə tutulan tədbirə giriş sərbəstdir.