Xalq artisti efirdə makyajını sildi

Aparıcı Zaur Kamal bu dəfə efirdə xalq artisti Gülyanaq Məmmədovanın makiyajını sildirib.

ONN media-nın məlumatına görə, müğənni əlinə nəm salfet alaraq bütün makiyajını silib.

G.Məmmədova makiyajsız daha gözəl göründüyünü söyləyib:

“Allah Azərbaycan xanımlarını gözəl yaradıb. Makiyajı çox etməyi sevmirəm. Üzümüzə nə qədər çirk vururuq. Bizi sadəcə efirdə və məclisdə makiyajla görərlər. Dərsə gedəndə belə makiyaj etmirik”.