Xalq artisti Sevilin intiharı ilə bağlı GÖRÜN NƏLƏR YAZDI

Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.

ONN media   xəbər verir ki, müğənni feysbukda paylaşdığı postda cəmiyyətdə gördüyü nöqsanları ifadə edib:

“Nə kimi əməlisalehlik etmişsiniz bu həyatda?

• Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə “el adətidir” deyib, bəraət qazandırdınız.
• Zorlanan qıza yox, cinayətkara can yandırdınız.
• Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi göz dikib, “haramla yığıb da!” dediniz.
• Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.
• Uşaqlarınızın gələcəyini düşünmədən “həzmi-rahat” edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

İndi də intihar edənləri, araşdırmadan, “Allaha qarşı çıxdı” adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar”.