ONN İnformasiya Agentliyi

Xalq artistinin maraqla gözlənilən konserti təxirə salındı – BU TARİXDƏ KEÇİRİLƏCƏK

Xalq artistinin maraqla gözlənilən konserti təxirə salındı – BU TARİXDƏ KEÇİRİLƏCƏK
04 May 2020 - 19:10

“Əziz ruh əkizlərim, dünyanı saran koronavirus həyatımızın axışına mənfi müdaxiləsini davam etdirir. Bu müdaxilə bizi yaxın gələcəkdəki planlarımızı təxirə salmağa, vaxtını ertələməyə vadar edir. Mənim yaxın və ən böyük planımın 24 may “Crystal Hall” konserti olduğunu yaxşı bilirsiniz. Əminəm ki, siz də mənim kimi onu səbirsizliklə gözləyirsiniz. Ancaq bu gün hamımız səbrli olmalı, doğru addımlar atmalıyıq”.

ONN media xəbər verir ki, bu sözləri Xalq artisti Miri Yusif İnstaqramda yazıb. O bildirib ki, pandemiya səbəbilə mayın 24-nə planlaşdırılan konserti təxirə düşüb.

“Hər şeydən öncə minlərlə insanın təhlükəsizliyini nəzərə alaraq biz də komandamızla qərar verdik ki, konserti oktyabr ayının 18-ə keçirək. Çiçəklənən yazda olmasa da, qızılı payızda mütləq görüşəcəyik. Hələlik isə evdə qalaq, mən yeni mahnılar yazmağa davam edim, siz isə dəstəyinizi əskik etməyin. Bütün alınan biletlər tarixin dəyişməsindən asılı olmayaraq qüvvədə qalır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png