ONN İnformasiya Agentliyi

Xoşqədəm: “Müğənni ilə ailə qurmağı heç vaxt arzulamırdım”

Xoşqədəm: “Müğənni ilə ailə qurmağı heç vaxt arzulamırdım”
08 Fevral 2018 - 20:57

"Heç vaxt düşünmürdüm ki, müğənni ilə ailə quraram".

ONN media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Hər şey daxil" verilişində deyib. 

Türkiyəli sənətçi Doğuşla ailəli olan aparıcı bildirib ki, heç vaxt müğənniyə ərə getmək arzusu olmayıb:

"Şou-biznesdə düşmənim yoxdur, amma onlarla dostluq etmirdim. Demirəm müğənnilər pisdir. Sadəcə, istəmirdim, deyirdim, mənlik deyil. Müğənni ilə ailə qurmağı arzulamırdım. Başqa şeylər xəyal edirdim. Nə yaxşı Doğuş kimi insanla ailə qurdum. İnsan kimi bir adamdır.

Əvvəl deyirdim ki, pulu ancaq müğənnilər qazanır. Baxırdım ki, hamısı 200 minlik maşın sürür. Deyirdim, bütün günü ölümlə üz-üzə gəlirəm, çəkilişlərə gedirəm, amma qazanmıram. Müğənnilər isə fonoqramı qoyur və müftə pul gəlir. Sonra Doğuşun Almaniya konsertindəki həyəcanını görüb, onların çətin qazanc əldə etdiyinin şahidi oldum".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png