Zaur kimin “bostanına daş atdı”?

Aparıcı Zaur Baxşəliyev bəzi sosial verilişləri tənqid edib.

ONN media xəbər verir ki, “Zaurla Günaydın” verilişində Əkbər Əlizadə “Fiziki qüsurlu insanların səhnədə obrazının canlandırılması, gülüş hədəfinə çevrilməsi qadağandır” sözlərini söyləyib. Zaur isə ad çəkmədən bir proqramlarda bunun edildiyini bildirib:

“Televiziyada da bu qanun var, qadağandır. Amma riayət edən yoxdur. Baxırsan, psixoloji problemli insanları efirə çıxarıb məsxərəyə çevirirlər, ondan reytinq tuturlar”.