Əli Əsədov Naxçıvan DTX ilə bağlı qərar imzaladı

Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti “İnzibati orqanların Təsnifatı”ndan çıxarılıb.

ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bundan başqa, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” hissəsindən də həmin qurumun adı çıxarılıb