Ərdoğan Ermənistanın hücumlarından DANIŞDI

“Suriya, Liviya, Yəməndə hələ də davam edən humanitar böhranlarla bağlı riyakarlığını və prinsipsizliyini sübut edən ölkələrin dünyaya haqq-ədalət verə bilməyəcəyini bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün addımın atılmaması bunun əsl nümunələrindən biridir”.

ONN media  xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin bu gün keçirilən növbəti iclasından sonra xalqa müraciətində bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Türkiyə öz hüquq və haqlarını sonadək müdafiə edəcək.