Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib

İyulun 19-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

ONN media bildirir ki, bu barədə  Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.