Ərdoğandan fransalı jurnalistə sərt CAVAB: “Bunu ABŞ-dan niyə soruşmursan!”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Paris səfəri çərçivəsində fransız həmkarı Emmanuel Makronla keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında fransız jurnalistin sualına sərt cavab verib.

ONN media Türkiyə KİV-inə istinadən xəbər verir ki, jurnalist Türkiyənin Suriyaya TIR-larla silah göndərdiyini iddia edib.

Ərdoğanla jurnalist arasında dialoq bu şəkildə olub:

Ərdoğan: Sualınızı başa düşmədim, Suriyaya silah göndərən kimdir?

Jurnalist: 2014-cü ilin yanvar ayında sərhəddə içində silah olan MİT TIR-ları saxlanılmışdı.

Ərdoğan: Fəthullahçı Terror Təşkilarının (FETÖ) ağzı ilə danışırsınız.

Jurnalist: Bir jurnalist kimi danışıram.

Ərdoğan: Əməliyyatı keçirənlər FETÖ prokurorları idi. İndi həbsxanadadır. Kəşfiyyat orqanlarının belə əməliyyatlar üçün yük maşınları ilə silah daşımaq səlahiyyətləri var. Mənə bu sualı verirsiniz, ABŞ-ın Suriyaya 4 min TIR-la gətirdiyi silahlarla bağlı soruşmursunuz? Başqasının ağzı ilə danışmayın. Bunları asanlıqla udan deyilik. Xahiş edirik, FETÖ-nün ağzı ilə danışmamağı öyrənin.