ONN İnformasiya Agentliyi

Əli Əhmədov: İnanırıq ki, seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verəcək

Əli Əhmədov: İnanırıq ki, seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verəcək
10 Fevral 2018 - 15:46

Yeni Azərbaycan Partiyasının VI qurultayının partiyanın sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürməsi ilə bağlı qərarı Azərbaycan xalqının əksəriyyətinin dəstəklədiyi və müdafiə etdiyi qərardır.

ONN media APA-ya istinadən xəbər verir ki, bunu YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün YAP-ın ümumrespublika müşavirəsində çıxışı zamanı deyib.

Ə. Əhmədov bildirib ki, prezident İlham Əliyev hakimiyyətdə olduğu illərdə ölkəmiz iqtisadi, sosial, digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti və rifahı yüksəlib, Azərbaycanın siması köklü surətdə dəyişib, ölkəmizin beynəlxalq aləmdə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib:

“İnanırıq ki, aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək İlham Əliyevə  səs verəcəklər. Azərbaycan xalqı prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir. Biz insanların bu əhval-ruhiyyəsini bilirik və buna istinad edərək xalqın İlham Əliyevə səs verəcəyinə inanırıq. İnsanlar İlham Əliyevə səs verməklə Azərbaycanın növbəti 7 il ərzində sosial-iqtisadi inkişafına səs vermiş olacaqlar. Azərbaycanın inkişafı hər bir ailənin inkişafı deməkdir. Bizim üzərimizə düşən şərəfli vəzifə isə seçki kampaniyasının demokratik ənənələrə uyğun keçirilməsi üçün fədakarlıq etməkdir. İnanıram ki, biz bu seçki kampaniyasını yüksək səviyyədə həyata keçirəcəyik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png