ONN İnformasiya Agentliyi

Əli Əsədov Qarabağla bağlı qərar imzaladı

Əli Əsədov Qarabağla bağlı qərar imzaladı
05 Yanvar 2023 - 10:18

Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısı dəyişib.

ONN media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Aqrar Sığorta Fondunun – 12-9/ kodu bu siyahıya əlavə edilib.

Həmçinin, Xidmətlər bölməsi də Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısına daxil edilib:

– 17-1/ Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti

– 17-2/ Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.

Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png