ONN İnformasiya Agentliyi

Əli Əsədov Qven Şotvellə görüşdü

Əli Əsədov Qven Şotvellə görüşdü
09 May 2023 - 16:14

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-ın “Space Exploration Technologies Corporation” (SpeysX) şirkətinin prezidenti və baş əməliyyat direktoru xanım Qven Şotvel ilə görüşüb.

ONN media xəbər verir ki, bu barədə Axar.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, görüşdə Azərbaycanda “Starlink” internet xidmətlərinin göstərilməsi ilə bağlı “SpeysX” şirkəti ilə imzalanacaq ilkin razılıq sazişinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, o cümlədən elektron hökumət, distant təhsil sahələrinin və kosmos sənayesinin inkişafı istiqamətində əldə edilmiş mühüm nailiyyətlər diqqətə çatdırılıb.

Bakı şəhərinin cari ilin oktyabr ayında keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən yüksək səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşdə Azərbaycan ilə “SpeysX” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png