ONN İnformasiya Agentliyi

Əli Laricani: “Qarabağ böhranının həlli üçün əlimizdən gələni edirik”

Əli Laricani: “Qarabağ böhranının həlli üçün əlimizdən gələni edirik”
11 Dekabr 2017 - 18:53

"İran Qarabağ böhranının həlli üçün əlindən gələni edir".

ONNmedia report.az-a istinadən bildirir ki, bunu İran parlamentinin sədri Əli Laricani İran-Ermənistan parlamentlərarası Dostluq Qrupunun Ermənistandan olan nümayəndə heyəti ilə dekabrın 11-də keçirdiyi görüşdə bildirib.

"Bu problemin sülh və dostluqla başa çatacağına ümid edirik. Hesab edirik ki, siyasi qarşıdurmaları başa çatdırmağın ən yaxşı yolu müzakirə və danışıqlardır. Bölgədəki şərait gərginliyin artmasının heç kimin xeyrinə olmadığını göstərir", – Ə.Laricani vurğulayıb.
O, Ermənistanla ölkəsinin dostluğunu vurğulayaraq deyib: "İran yardım əli uzatdığı ölkəyə axıradək köməklik göstərir. İraq və Suriya bunun aşkar nümunəsidir. Biz sonadək onların yanındayıq".
Ə.Laricani İran-Ermənistan sərhədi yaxınlığında azad ticarət zonasının uğurla fəaliyyət göstərəcəyindən danışıb. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png