ONN İnformasiya Agentliyi

Ərdoğan Azərbaycan Prezidentinə TƏŞƏKKÜR ETDİ

Ərdoğan Azərbaycan Prezidentinə TƏŞƏKKÜR ETDİ
16 Fevral 2022 - 22:24

Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu barədə Habertürk” məlumat yayıb.

“Telefonla zəng edərək bizə və xanımıma keçmiş olsun diləklərini çatdıran cənab Prezident İlham Əliyevə, Əliyevə, cənab Kazimiyə (İraqın Baş naziri Mustafa əl-Kazımi), cənab Hersoqa (İsrail Prezidenti İsaak Hersoq), cənab Tatara (Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara), cənab Rəisiyə (İran Prezidenti Seyid İbrahim Rəisi), cənab İzetbeqoviçə (Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç) öz adımdan və millətim adından təşəkkür edirəm. Mesaj və məktublarla şəfa diləklərini çatdıran 23 ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinə öz təşəkkürümü bildirirəm”, – Ərdoğan deyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan fevralın 5-də koronavirusa yoluxmuşdu. R.T.Ərdoğanda koronavirusun “Omikron” ştamı aşkarlanmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png