ONN İnformasiya Agentliyi

Ərdoğan bu tarixdə şad xəbər verəcək – Dönməz

Ərdoğan bu tarixdə şad xəbər verəcək – Dönməz
08 Aprel 2023 - 12:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə aprelin 20-də Qara dəniz qazının açılışı olacaq.

ONN media xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz ölkə mətbuatına açıqlamasında deyib.

“Bu tarixdən sonra təhlükəsizliklə bağlı bir neçə nəzarət tədbirləri həyata keçirəcəyik. May ayından etibarən isə əhalinin qazdan istifadəsi təmin olunacaq. Təbii qaz “Botaş” şirkəti vasitəsilə xətlərə paylanacaq. Biz maliyyə xərclərinə nəzarət edəcəyik. Təbii qazın istehsal dəyəri idxaldan daha yaxşı olacaq”, – nazir bildirib.

F.Dönməz eyni zamanda vurğulayıb ki, aprelin 20-də cənab Ərdoğan ən çox vətəndaşlarımızı sevindirəcək şad xəbərlər paylaşacaq:

“Bu, gündəmi dəyişdirən bir xəbər olacaq. Millətimiz də, dövlətimiz də qazanacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png