ONN İnformasiya Agentliyi

Ərdoğan İlham Əliyevə başsağlığı verdi

Ərdoğan İlham Əliyevə başsağlığı verdi
30 Noyabr 2021 - 19:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

ONN media xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Türkiyənin dövlət başçısı hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilər üçün başsağlığı verib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png