ONN İnformasiya Agentliyi

Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ

Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
02 May 2022 - 21:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibəti ilə bir çox İslam ölkəsinin liderləriylə telefon vasitəsi ilə bayramlaşıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə lideri, Azərbaycan Prezidenti İlham Əliyevi, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı, İran Prezidenti İbrahim Rəisini, Özbəkistan Prezidenti Şövkət Mirziyoyevi, Küveyt Əmiri Şeyx Nevvaf əl-Əhməd əl-Cabir əs-Sabahı, Nigeriya Prezident Məhəmməd Buharini, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed əl-Nəhyanı, Livanın baş naziri Nəcib Mikatini, Pakistanın baş naziri Şahbaz Şərifi və İraqın baş naziri Mustafa əl-Kazimini ayrı-ayrılıqda təbrik edib.

Telefon danışığı zamanı Ərdoğan və liderlər bi-birlərini qarşılıqlı təbrik ediblər.

İsrail Prezidenti İska Hersoq da Ərdoğana telefonla zəng edərək Ramazan bayramını təbrik edib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png