27 saylı dairədə “köhnələr”lə yeni islahatçıların mübarizəsi : Tarixci alim Telman Nüsrətoğlu keçmiş deputat Qalib Salahzadənin oğluna qarşı

Artıq bir neçə gündür Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına başlanılıb.Şübhəsiz bu seçki prosesi həm də ölkəmiz və regionumuz üçün əhəmiyyətli proseslərin cəryan etdiyini bir dövrə təsadüf etdiyi üçün mühümdür.

ONN media xəbər verir ki,  Azərbaycan prezidentinin başlatdığı dəyişim və islahatlar dövründə bir çox suallara cavab verəcəyi üçün də seçkilərin önəmi artır. Bəzi dairələrdə şərti olaraq “köhnələr” adlandırılan elitanın islahat tərəfdarları olan yenilikçilərin qarşısına öz övladları ilə çıxdığını , prezident İlham Əliyevin tələb etdiyi kimi xalqa yaxın duraraq, seçicilərlə görüşərək onlardan səs almaq yerinə daha çox bəzi metodlarına ümid bəslədiklərini də müşahidə edirik. Bu mənada belə dairələrdən biri olan 27 saylı Sabunçu ikinci seçki dairəsində gedən prosesləri bir az daha yaxından izləyərək sizin üçün təhlil etməyə çalışdıq.

Burada mandat uğrunda mübarizənin müstəqil namizəd, tarixçi alim Telman Nüsrətoğlu ilə keçmiş deputat Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə arasında cəryan edəcəyini təxmin etmək mümkündür. Bu mənada sosial medyada önə çıxan təbliğat materyallarından da ıstifadə edərək hər iki namizədin platformasını , kimliyini , təmsil etdiyi dəyərləri incələdik.

Telman Nüsrətoğlu Zəngilan rayonunda anadan olub. 27 sayılı Sabunçu ikinci seçki dairəsinin ərazisində yerləşən Zabrat qəsəbəsində yaşayır. Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə iştirak edib. 1993-cü ildə ölkəmizdə ilk dəfə test üsulu ilə keçirilən tələbə qəbulu imtahanından yüksək bal toplayaraq dövlət təqaüdüylə qardaş Türkiyənin Mərmərə Universitetinə ali təhsil almağa göndərilib. Tələbəlik illərində İstanbulda nəşr edilən Gənc Aydın jurnalının baş redaktoru olub, o dövrdən etibarən də müntəzəm olaraq Türkiyə mətbuatında məqalələrlə çıxış edib. Bakalavr təhsilindən sonra eyni universitetin Ümumi Türk Tarixi kafedrasında magistr təhsilini başa vuraraq Çarlıq Rusiyasının Azərbaycanı işğalı mövzusunda elmi işini müdafiə edib. Daha sonra Türkiyənin ən qədim təhsil mərkəzlərindən biri olan İstanbul Universitetində doktora təhsili və tarix araşdırmalarına davam edib. Burada da elmi işini müdafiə edərək tarix üzrə elmlər doktoru elmi dərəcəsi alıb. İstanbulda Rusiya və Qafqaz tarixiylə bağlı dört kitabı çap olunub. Bundan başqa bir nəçə kitabın da həmmüəlliflərindən biridir. Türkiyə , Azərbaycan , Rusiya və Avropada keçirilən müxtəlif beynəlxalq sempozyum və konfranslarda məruzələri dinlənilib, çox sayıda jurnal və qəzetlərdə məqalələri çap olunub. Azərbaycan və Türkiyənin müxtəlif televiziyalarında çıxışları, müsahibələri yayınlanmışdır. TRT Avaz Avrasya Gündəmi proqramının daimi ekspertlərindən biri , Türk İslam Araşdırmaları Mərkəzinin sədri , Xəzər Universitetinin müəllimi , Türkiyə qəzetinin Geniş Açı səhifəsinin də yazarıdır. Telman Nüsrətoğlunun seçki şüarı həmişə aktualdır : İNSANI YAŞAT Kİ, DÖVLƏT YAŞASIN. 

27 sayılı Sabunçu ikinci seçki dairəsində digər namizəd olan Əliabbas Salahzadənin kimliyi ilə bağlı isə məlumat əldə etmək çox çətindir. Hətta internetdə axtarış zamanı namizədliyi elan edildikdən sonra, onun adına sosial medyada adına açılan səhifə istisna olmaqla Əliabbas Salahzadənin kimliyi ilə bağlı bir məlumata belə rast gəlmək mümkün deyil. Bilinən tək şey atasından boşalan Bilgəh bələdiyəsi sədrliyinə seçilməsi , daha sonra da rayon icra hakimiyyətində işləməyə başlamasıdır. Görünən odur ki Əliabbas Salahzadənin tək “üstünlüyü” onun Hacı Qalib Salahzadənin oğlu olmasıdır. O Hacı Qalib Salahzadə ki, adı çəkilən dairədən dəfələrlə deputat olub. 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı Həcc ziyarətindən yarımçıq geri qayıdan Qalib Salahzadə bu dəfə parlamentə düşə bilmədi. Sonrakı illərdə onun adı bir çox qalmaqallarda hallanmağa başladı. Maraqlı burasındadır ki, ondan şikayət edən şəxslərin hamısı ya Salahzadənin vaxtilə deputat olduğu dairənin sakinləri ya da öz kəndçiləri idi.

Məsələn, 2018-ci ildə Bilgəh sakini Seymur Quliyev Qalib Salahzadənin ona aid olan iki mülki dağıdaraq, torpaq sahəsini ələ keçirdiyini və bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində təhqiqat aparıldığını bildirmişdi. Mətbuatda qısa bir araşdırma aparsaq Qalib Salahzadə ilə bağlı 10-la belə fakt çıxacaq. Öncədən qeyd etdiyimiz kimi, şikayətlərin hamısı da Salahzadənin öncəki illərdə deputat olduğu 27-ci dairənin sakinləri tərəfindən edilib. İndi isə Qalib Salahzadə öz oğlunun namizədliyini irəli sürüb. Hansı ki, bu dairədə onun özünün də oğlunun da formalaşan imicində problemlər var.

Telman Nusrətoğlu imza toplama prosesi zamanı evlərə , qəsəbələrə gedərək özü imzaları topladığına dair məlumatları sosial medya hesabından paylaşıb. .Əliabbas Salahzadə nə imza toplanan zaman, nə də təbliğat dövründə seçicilərə göründüyünə dair heç bir məlumat yoxdur. Üstəlik, Əliabbas Salahzadə bu dairənin ərazisində də yaşamır. Tarixçi alim Telman Nüsrətoğlu Prezident İlham Əliyevin başlatdığı İslahat və dəyişim kursuna dəstək verərək seçkilərə qatıldığını ifadə edib. Tarixçi alim başlanan islahat kursunun ruhuna, yeni dövrün tələblərinə uyğun ,intensiv görüşlər keçirir, təbliğat kampanyası aparır. Yenə sosial mediadan görünür ki xüsusilə də Sabunçuda yaşayan sənət adamları və ziyalların tərəfindən geniş dəstəyi var. Xalq artisti Kürdəxanı kəndinin sakini Prof. Vamiq Məmmədəliyev, Zabrat qəsəbəsində yaşayan Qafqaz TV direktoru Eltən Qədimbəyli , Sabunçu qəsəbəsi sakini şair Osman Fərmanoğlu , tarixçi alim Əkbər Nəcəf, Ramanı qəsəbəsi sakini jurnalist Seymur Verdizadə öz səhifələrində onu dəstəkləyən paylaşımlar edib. Onun xaricdə çox sayıda məqalələri, kitapları çap olunub, Türkiyə qəzetlərində köşə yazıları yazır. Əliabbas Salahzadənin də atasının keçmişdə deputat olmasına arxalanaraq namizədliyini irəli sürdüyünü görməmək mümkün deyil. Ölkədə başlayan islahatların fonunda bu dairədəki seçki nəticələrinin bütün ölkə və seçki prosesi üçün təsir ifadə edəcəyini asanlıqla ifadə etmək mümkündür.(Avropa.info)