ONN İnformasiya Agentliyi

Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsi bu tarixlərdə keçiriləcək

Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsi bu tarixlərdə keçiriləcək
22 May 2018 - 19:37

"Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi 29-30 may tarixlərində Bakıda keçiriləcək".

ONN media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri, nümayəndəliyin birinci müşaviri Denis Danilidis bildirib.

Danışıqlarda iştirak etmək üçün Avropa İttifaqınının nümayəndə heyəti bazar ertəsi Bakıya gələcək.

Sazişin 2019-cu ildə imzalanacağı ilə bağlı məlumatlara münasibət bildirən D. Danilidis konkret tarixin məlum olmadığını deyib: "Sazişlə bağlı danışıqlar başlayanda, bilmək olmur ki, sənəd nə vaxt imzalanacaq".

D. Danilidis Azərbaycanla Aİ arasında aviasiya sazişi ilə bağlı bütün detalların artıq müzakirə edildiyini bildirib: "Aİ üçün bu saziş artıq tam aydındır. Danışıqlar bitib. Tərəflər arasında razılaşdırılmış sənəd var. Mən belə başa düşürəm ki, Azərbaycan tərəfinin razılaşmanın milli aviadaşıyıcı olan AZAL-a və iqtisadiyyatın digər sahələrinə necə təsir edəcəyini analiz etməyə ehtiyacı var. Ona görə də Azərbaycan tərəfini gözləyirik. İndi danışıqlar yoxdur. Sazişin bu il imzalanması isə ancaq Azərbaycan tərəfindən asılıdır".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png