ONN İnformasiya Agentliyi

“Al-Monitor” saytı: İran Azərbaycanı seçir

“Al-Monitor” saytı: İran Azərbaycanı seçir
12 Noyabr 2017 - 20:18

ONN media bildirir ki, AZƏRTAC-ın xüsusi müxbiri Rabil Kətanovun məlumatına əsasən İranda fəaliyyət göstərən ingilis dilli “Al-Monitor” saytında bu ölkə ilə Azərbaycan arasında münasibətlərin inkişafından bəhs edən “İran Azərbaycanı seçir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, prezidentlər İlham Əliyev və Həsən Ruhani siyasi iradə nümayiş etdirərək iki ölkə arasında əlaqələrin inkişafına nail olublar.

Vurğulanır ki, İran Cənubi Qafqaz respublikaları ilə balanslaşdırılmış siyasət yürütməyə çalışır. Rəsmi Tehran Ermənistan və Gürcüstan ilə də əlaqələrin inkişafını diqqətdə saxlayır. Lakin Həsən Ruhani prezident seçildikdən sonra Azərbaycan İranın xarici siyasətində prioritet istiqamət kimi müəyyənləşib. Prezidentlər münasibətlərin daha da yüksək səviyyəyə çatdırılmasına çalışırlar. Son 4 ildə İran ilə Azərbaycanın dövlət başçıları 10 dəfə görüşüblər ki, bu da çox mühüm göstəricidir. İndiyədək İran ilə Azərbaycan arasında 103 müqavilə imzalanıb. Bu sənədlər üzrə bir çox işlərin həyata keçirilməsinə başlanıb.

Müəllif qeyd edir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 9 ayında Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin həcmi 70 faiz artıb. Bu rəqəmin qısa müddətə sürətlə artması əlaqələrin intensiv şəkildə inkişaf etdiyini göstərir.

Məqalədə, həmçinin nəzərə çatdırılır ki, iki ölkə arasındakı əlaqələr yalnız iqtisadi sahədə əməkdaşlıqla bitmir. Artıq İran ilə Azərbaycanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün işçi qrupu yaradılıb.

Müəllif yazısını bu fikirlə yekunlaşdırır: “Əlaqələrin inkişafı dövlətlərin qarşılıqlı etimadı da artırır”.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png