ONN İnformasiya Agentliyi

Albaniyada AXC-nin 100 illiyi qeyd edilib

Albaniyada AXC-nin 100 illiyi qeyd edilib
24 May 2018 - 13:56

Albaniyanın paytaxtındakı Tirana Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən konfrans keçirilib.

ONN media OLAYLAR-a istinadən bildirib ki, konfransda universitetin tələbə və müəllim heyəti, Albaniya dövlət qurumlarının və Tiranadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu siyasətindən, müasir Azərbaycan dövlətinin inkişafı, görülən işlər və dünyaya nümunə olan multikulturalizm ənənələrindən danışılıb. Həmçinin XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan və alban xalqlarının keçdiyi dövlətçilik yolunun bənzərliyinə də toxunulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png