Ali Baş Komandan: “Bu müharibə xalqımız üçün Vətən müharibəsidir”

“Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik, döyüş meydanında tarixi ədaləti bərpa edirik”.

ONN media  xəbər verir ki, bunu Ali Baş Komandan, Prezident İlham Əliyev “Twitter” dəhifəsində yazıb.

Dövlət başçısı bildirib ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir:

“Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər”.