ONN İnformasiya Agentliyi

Ankaradan Berlinə vacib olan səfər

Ankaradan Berlinə vacib olan səfər
03 Yanvar 2018 - 17:09

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 6-da Berlində Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriellə görüşəcək.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında türkiyəli nazir özü bildirib.

O qeyd edib ki, Türkiyənin Almaniya ilə heç bir problemi yoxdur:

“Almaniya və bəzi ölkələrin nəsə problemi var, ancaq nədirsə, bizə də başa salmalıdırlar. Almaniya ilə əlaqələri daha yaxşı səviyyəyə gətirmək istəyirik”.

Qeyd edək ki, bu, Türkiyə ilə Almaniya arasında ötən ilin əvvəlində yaşanan böhrandan sonra Ankaradan Berlinə edilən ən yüksək səviyyəli səfərdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png