Anna Azərbaycan üçün işləyir – Hraparak

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycan üçün işləyir.

ONN media xəbər verir ki, bu barədə “Hraparak” qəzetində dərc edilən məqalədə bildirilib.

Qeyd edilib ki, bu günlərdə 44 günlük müharibə zamanı 11 min hərbçinin Ermənistan ordusundan fərarilik etdiyini bildirən Akopyanın sözlərinə Ermənistan ictimaiyyəti mənfi reaksiya verib:

“Bütün siyahının ad-soyadla dərc olunmasını, hamısının məsuliyyətə cəlb edilməsini və onların sayını necə müəyyənləşdirdiklərini açıqlamağı tələb edirik. Akopyan erməni ordusunu gözdən salır, o, Azərbaycan üçün işləyir. Anna xarici agentdir”.

Qeyd edək ki, 44 günlük müharibədə erməni ordusunun 11 min fərarisinin olduğu faktının səsləndirilməsi ilk defə deyil. Belə ki, müharibədən sonra fərarilik edən 11 minə yaxın şəxslə bağlı ümumilikdə 17 mindən çox cinayət işinin qaldırıldığı haqda Ermənistan İstintaq Komitəsi məlumat yaymışdı.