ONN İnformasiya Agentliyi

“Aprel hadisələrində ermənilərə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib”

“Aprel hadisələrində ermənilərə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib”
27 Dekabr 2017 - 13:41

ONN media Trend.az-a istinadən xəbər verir ki, 2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib. Bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov deyib.

F.Cavadov qeyd edib ki, casus şəbəkəsinin bəzi üzvləri məlumatları ötürəndən sonra silərək məsuliyyəti öz üzərilərindən atmaq istəyib:

"Həmin şəxslər iddia edirdilər ki, onlar casusluq etməyib və ermənilərə heç bir məlumat ötürməyiblər. Lakin onların kompüter və mobil telefonları bizim mərkəzə təqdim edildi. Mərkəzin avadanlıqları vasitəsilə həmin şəxslərin düşmən tərəflə yazışmaları bərpa edildi və istintaqa təqdim olundu. Yəni onların düşmən tərəflə yazışmaları kompüter və telefonlardan silinsə də, avadanlıqlar vasitəsilə həmin yazışmalar bərpa edildi". 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png