ONN media

AŞ PA məruzəçisi Azərbaycana səfərini başa vurdu

AŞ PA məruzəçisi Azərbaycana səfərini başa vurdu
09 Sentyabr 2019 - 19:40

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Torild Sunna Evarsdottir Azərbaycana üçgünlük səfərini başa vurub.

Trend bu barədə AŞ PA-ya istinadən məlumat verir.

Məlumata əsasən, T.S.Evarsdottir səfər zamanı rəsmi görüşlərin təşkil olunması üçün Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib.

Məruzəçi bildirib ki, o, konstruktiv münasibətdən və həssas məsələlərin müzakirəsi üçün görüşdüyü şəxslərin hazırlığından məmnun olub.

Qeyd olunub ki, T.S.Evarsdottir həbsxanalara baş çəkib, eləcə də vətəndaş cəmiyyətinin fəalları, jurnalistlər, hüquqşünaslar və QHT nümayəndələri ilə görüşüb:

“Bu intensiv səfər mənim məruzəm üçün möhkəm əsas təşkil edib. Ümid edirəm ki, mövcud vəziyyəti təhlil edən və gələcək inkişaf üçün tövsiyələrin yer alacağı məruzəm bu ilin sonunadək AŞ PA-ya təqdim edəcəyəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png