ONN İnformasiya Agentliyi

Avropa Parlamentindən etiraf: “Azərbaycana qarşı ədalətsiz davranırıq”

Avropa Parlamentindən etiraf: “Azərbaycana qarşı ədalətsiz davranırıq”
23 Yanvar 2018 - 16:40

Avropa Parlamentinin Çexiyadan millət vəkili Yan Zaxradil bildirib ki, Azərbaycan ədalətsiz davranılan ölkələrdəndir.

ONN media xəbər verir ki, millət vəkili bu fikri iclas vaxtı söyləyib. Avropa Parlamentində keçirilən iclasda beynəlxalq ticarət komitəsi Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli layihəni müzakirəyə çıxarıb.

Yan Zaxradil müzakirələr zamanı deyib: "Gəlin, etiraf edək, həqiqəti söyləyək. Azərbaycana qarşı ədalətsiz davranmışıq. Azərbaycana qarşı həmişə ədalətlə davranmamışıq".

Deputat qeyd edib ki, Azərbaycan Avropa İttifaqının bir çox məsələlərdə strateji partnyorudur. Bu səbəbdən hərtərəfli müqaviləni dəstəkləmək lazımdır. Bununla yanaşı Yan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaşadığı çətin  vəziyyəti də dilə gətirib.

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq və partnyorluq müqaviləsi 1996-cı ilin aprel ayında Lüksemburqda imzalanıb.  Sənəd 1999-cu ildə qüvvəyə minib və ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, siyasət və mədəniyyət sahələrini əhatə edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png