Azərbaycan ordusu Moskvadakı hərbi paradda iştirak edəcək

İyunun 24-də Moskvada Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan hərbiçiləri də iştirak edəcək.

ONN media   xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “RİA Novosti” agentliyinə məlumat verilib.

Məlumata görə, paradda Azərbaycanın hərbi qulluqçularının təntənəli marşı olacaq.

“Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də mərasimdə iştirak edəcək”, – Müdafiə Nazirliyinin məlumatında bildirilir.