ONN İnformasiya Agentliyi

Azərbaycan Rusiyaya NOTA VERDİ

Azərbaycan Rusiyaya NOTA VERDİ
17 Oktyabr 2020 - 15:43

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Rusiyaya nota verib.

Azərbaycanın Rusiyadakı Səfirliyinin Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, Rusiya Dövlət Dumasının deputatı Vilati Milonovun Azərbaycanın işğal altındakı ərazilərinə ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini pozaraq qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Notada qeyd olunur ki, 2020-ci il oktyabrın 16-da Vitali Milonov separatçı rejimin qondarma “rəhbəri” ilə görüş keçirib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində onsuz da gərgin vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş bir sıra təxribatçı açıqlamalar verib.

Daha sonra qeyd olunur ki, Dövlət Dumasının deputatının deputatının bu cür təxribatçı əməlləri həm Azərbaycan ictimaiyyətinin, həm də Rusiyadalı çoxsaylı diasporun haqlı hiddətinə səbəb olub və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə yönəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png