“Azərbaycan Silahlı Qüvvələri haqqında” yeni qanun qəbul edildi

Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında yeni hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılıb.

ONN media Olaylar-a istinadən xəbər verir ki, qanun layihəsi 5 fəsil, 16 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.