Azərbaycan XİN Misirə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

“Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb.