Azərbaycan XİN Misir hökumətinə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Qahirədə törədilən terror aktı ilə bağlı Misirin hökümətinə başsağlığı verib.

ONN media xəbər verir ki, bu barədə XİN “Twitter” səhifəsində qeyd edib.

“Qahirədə avtomobildə bombanın partlaması nəticəsində ölənlərin ailələrinə dərin baş sağlığı diləyir, terror aktı nəticəsində yaralananlara isə tezliklə sağalmağı arzu edirik. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini pisləyir”.