Azərbaycana qarşı daha bir təxribat

Bu gün Azərbaycanın daha bir diplomatik nümayəndəliyinə qarşı təxribat törədilib.

ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Təbrizdəki Konsuluğu qarşısında təxribatçı qüvvələr diplomatik qaydalara zidd hərəkətlərə yol veriblər.

Diplomatik nümayəndəliyin qarşısı dini ayinlərin icra olunmadığı, xüsusi qorunduğu məkan olmasına baxmayaraq konsulluğun qarşısına hansısa şüarlar bağlayıblar.

Britaniyadakı Azərbaycan səfirliyinə qarşı törədlimiş vandalizm aktının bənzəri və başqa formada davamı olan bu təxribatların əslində bir mərkəzdən idarə olunduğu bir daha aydın olur.