“Azərnəşr” əməkdaşları “Tərəqqi” medalı aldı

Prezident İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ONN media-nın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Qarayeva Rəsmiyə Məmməd qızı
Rəhimov Elxan Rəhim oğlu