ONN İnformasiya Agentliyi

“Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır” – Novruz Məmmədov

“Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır” – Novruz Məmmədov
12 İyun 2019 - 12:15

“Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır”.

ONN media xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov deyib.

Baş Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında həyata keçirilən bütün islahatlar və gələcəkdə görüləcək işlər barədə məlumat verib, bütün ictimaiyyət bu barədə bilir: “Bu gün ölkəmizin davamlı inkişafını təmin etmək üçün çox vacib addımlar atılır. Atılan addımlar və bu sahədə əldə edilən nailiyyətlər göz qabağındadır. Bu gələcək dövrlərdə də belə davam edəcək”.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi bugünkü mötəbər tədbirdə dünyanın bir çox ölkələrinin gömrük xidmətləri öz təcrübələrini bölüşür, konfransın işi informasiya texnologiyaları sahəsinin inkişafına təkan verir. Gömrük sahəsində görülən işlər ölkənin dayanıqlı inkişafı üçün əhəmiyyət kəsb edir. Dövlət Gömrük Komitəsi informasiya sahəsində böyük nailiyyətlər qazanıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.azərtac

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png