ONN İnformasiya Agentliyi

Azərbaycan-İran hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək

Azərbaycan-İran hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək
18 Dekabr 2017 - 15:19

Növbəti həftə Azərbaycan-İran hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək.

Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mühəmmədrza Nəcəfi məlumat verib.

Onun sözlərinə görə, iclas 26-27 dekabrda reallaşacaq. “Birgə komissiyanın iclasının bir hissəsi Tehranda keçirilsə də, iclasın ikinci günü Astarada davam etdiriləcək. Astarada əsasən Azərbaycanla İran arasında dəmiryol xəttinin çəkilişi, yükdaşıma, Azərbaycanın Astarada  yükdaşıma terminalının tikintisi və digər sahədəki əməkdaşlıq məsələləri müzakirə olunacaq”- deyə, M.Nəcəfi deyib.

ONNmedia

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png