ONN İnformasiya Agentliyi

Azərbaycan və Türkiyənin müdafiə nazirləri Qəbələdə

Azərbaycan və Türkiyənin müdafiə nazirləri Qəbələdə
11 İyun 2019 - 20:29

İyunun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəliblər.

ONN media -ya bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, iyunun 12-də Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Azərbaycan və Türkiyənin müdafiə nazirləri Qəbələdə
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png