ONN İnformasiya Agentliyi

Azərbaycanda bu qanun ləğv edilir

Azərbaycanda bu qanun ləğv edilir
01 Dekabr 2021 - 15:39

Azərbaycanda mövcud “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun ləğv edilir.

ONN media bildirir ki, adı çəkilən qanunun lağvi ilə bağlı Milli Məclisin dekabrın 3-də keçiriləcək plenar iclasının gündəliyinə salınıb.


Deputatlar “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun ləğv edilməsi haqında qanun layihəsini müzakirə edərək qəbul edəcəklər.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə verilir. Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 5 yaşı tamam olanadək etibarlıdır. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.

Beləliklə, 15 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ləğv olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png