Azərbaycanlı deputatın oğlu faciəvi şəkildə öldü

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

ONN media xəbər verir ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

“Qafqazinfo” Əsabil Qasımovla əlaqə saxlayıb. Millət vəkili faktı təsdiqləyib. O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

Allah rəhmət eləsin!