ONN İnformasiya Agentliyi

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək
11 Dekabr 2019 - 21:26
Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar “Exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.

ONN media xəbər verir ki, bunu APA-ya açıqlamasında MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Ş. Əsədli deyib ki, adətən, yerli seçkilərdə “Exit-poll” keçirmək geniş yayılmış praktika deyil.

Qeyd edək ki, Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə və “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, “Exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün MSK-ya səsvermə gününə ən azı 20 gün qalanadək, yəni dekabrın 3-dək sənədlərini təqdim etməli idi. MSK isə səsvermə gününə ən azı 10 gün qalanadək, yəni dekabrın 13-dək bələdiyyə seçkiləri ilə əlaqədar “Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməli idi

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png